Random Books

  • TƏMİZLƏNMƏ VƏ TƏRBİYƏ“Təmizlənmə və tərbiyə, və müsəlmanların buna ehtiyacı” adlı bu risalə öz əsasında, otuz il bundan öncə (1390 il) Amman şəhərinin (İordaniya) şəriət elmləri institutunda, böyük alim-muhəddis şeyx Muhəmməd Nasıruddin əl-Albaninin, Allah ona rəhmət etsin, oxuduğu muhazirədir. Bu muhazirədə şeyx hər bir müsəlmanın tutması vacib olan yolu açıqlamışdır. Bu mühazirənin əsli iki sözdən ibarətdir – “təmizlənmə” və “tərbiyə”. Şeyx öz həyatını məhz islam əqidəsinin, ona əsrlər boyu daxil edilmiş müxtəlif zəlalətlərin çirkinliyindən, bidətlərdən, xurafatlardan və şirkdən təmizlənməsi yoluna həsr etmişdir. O həmçinin Sünnənin təmizlənməsilə də məşğul olmuşdur. O rəvayətlərin səhih, zəif və ya uydurma olduqunu tədqiq etmiş və bununla Sünnəyə aid olmayan rəvayətləri ayırmışdır. Həmçinin o fikh elmini də nəzərdən keçirmiş və Quran və Sünnəyə müxalif olan fikxi rəyləri və bidətləri təmizləmişdir. Bundan sonra şeyx tərbiyəyə keçmişdir. Əvvəl özünü, sonra ətrafını və bundan sonra da bu haqq yoluna dəvət edərək bütün insanları tərbiyələndirməyə başlamışdır. Onun dəvətinə dünyanın hər tərəfindən ümmətin ən xeyrli insanları olan alim və tələbələr dəstək vermişdir. Bundan sonra bütün dünyada elm əsasında dinin dirçəlməsi başlamışdır. Ümumi xeyr üçün Ammandaki “Əl-Maktaba əl-İslamiyya” nəşriyyatı bu risaləni yaymaq qərarına gəlmişdir. Bu risalə şeyxin elm xəzinələrindəndir və dünyanın hər bir yerində yaşayan müsəlmanlar üçün böyük bir faydadır. Biz ümid edirik ki bu risaləyə görə şeyx ölümündən sonra Allah tərəfindən və Allahın izni ilə mükafatlandıralacaqdır.

    Source : http://www.islamhouse.com/p/329670

    Download :TƏMİZLƏNMƏ VƏ TƏRBİYƏTƏMİZLƏNMƏ VƏ TƏRBİYƏ

  • Əhli Beytin fəzilət"Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" (əl-Əhzab, 33)

    Formation : Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/329745

    Download :Əhli Beytin fəzilətƏhli Beytin fəzilət

  • Sünnə və Cəməa anlayışıYaşar Qurbanovun tərcümə etdiyi "Sünnə və Cəməa anlayışı" adlı kitabı oxucularımıza təqdim edirik. Müasir dünyamızda özlərinin Əhli-Sünnə və Cəməa olduğunu iddia edən, fəqət bu anlayışdan çox kənar olan inam və etiqada sahib olan insanlar mövcuddur. Bu kitabda əhli-sünnə və cəməa anlayışının əsas prinsipləri ilə tanış olacaqsınız.

    Translators : Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/328758

    Download :Sünnə və Cəməa anlayışıSünnə və Cəməa anlayışı

  • Vasitiyyə əqidəsiMüsəlman bacı və qardaşlarım! Hər bir müsəlmana Allahın adları və sifətləri barəsində düzgün etiqad sahibi olması olduqca zəruridir. Çünku burada Allahın gözəl adları və sifətlərindən söz gedir. Elə müsəlmanlar var ki, bu mövzuda batil etiqadlara uyaraq Allah barəsində pis zənnə qapılırlar. Sizə təqdim edilən "Vasitiyyə Əqidəsi" bu mövzuda yazılıan ən mühim əsərlərdən birisidir. Hamıya bu kitabı oxumağı tövsiyə edirəm. İlahiyyatçı: Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/328823

    Download :Vasitiyyə əqidəsi

  • İmam Nəvavinin 40 hədis kitabıİmam Nəvavi adlı məşhur islam alimi müsəlmanın gündəlik həyatında əsas məsələləri əhatə edən 40 hədisi toplamışdır. Buna görə də kitab İmam Nəvavinin 40 hədis kitabı adı ilə tanınmışdır. Bu dəyərli əsəri sizin üçün təqdim edirik. Tərcümə edən Kamal Hüseyn qardaşımızdan da Allah razı olsun.

    Source : http://www.islamhouse.com/p/328705

    Download :İmam Nəvavinin 40 hədis kitabı

Choose language

Choose Sorah

Choose tafseer

Participate

Bookmark and Share